Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazir açıqladı - Sosial işçi mexanizmi ilə bağlı YENİLİK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılan sosial işçilər tənha, kimsəsiz, əlil, ehtiyacı olan və özünə qulluq edə bilməyən insanların evlərinə gedərək, onlara xidmət göstərir. Bu mexanizm daha da təkmilləşdiriləcək.
Oxu.Az-ın məlumatıba görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
“Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, il ərzində təxminən 10 min insana bu mexanizm vasitəsilə evlərində xidmət göstərilir:
“Hazırda bu istiqamətdə yeni model üzərində işləyirik. Bu model daha da təkmilləşdiriləcək. Beynəlxalq təcrübəyə uyğun şəkildə ahıl, tənha şəxslərə evdə xidmət göstərilməsi prosedurlarının mexanizmləri və əhatə dairəsi daha da genişləndiriləcək”.
S.Babayev qeyd edib ki, nazirliyin tərkibində 15 növ sosial xidmət var.
“Pensiya yaşına çatan şəxslər üçün 10-dək ahıllar mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlərin fəaliyyəti ölkə üzrə sosial xidmət şəbəkəsinin yaradılmasına böyük dəstəkdir. Bu şəbəkə bütün rayonları əhatə etməlidir”, - deyə nazir vurğulayıb.
İlhamə Əbülfət
"Sahil Babayev" teqi üzrə xəbərlər
- Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST Mərkəzini ziyarət ediblər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Sahil Babayev: "Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb"
- Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib
Rəylər