Proqnoza əsasən 2025-ci ildə doğulanların sayı 205 300 nəfərə çatacaq, əhalinin sayının isə 10 milyon 970 min 300 nəfər təşkil edəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Məlumat mübadiləsi saatı”nın növbəti iclasında bildirib.
Nazir əmək bazarındakı vəziyyətə də toxunub:
“Əmək bazarı ilə bağlı beynəlxalq göstəricilər əsasında aparılan təhlillər göstərir ki, hələ 2010-cü ildə Azərbaycanda məşğulluq səviyyəsi 61,2 % olmaqla Rusiyadakı 57,9 %, Türkiyədəki 43 %, Avropa Birliyinin üzvü olan Bolqarıstandakı 59,7 %, Latviyadakı 59,3 % və s. ölkələrdəki müvafiq göstəriciləri üstələyib.
Səlim Müslümov bildirib ki, sonrakı illərdə ölkəmizdə bu göstərici daha da yüksəlmiş, halbuki digər dövlətlər haqqında bunu demək olmaz..
"Azərbaycanda işsizlik səviyyəsi 4,9 % olmaqla, Avropa məkanındakı və Avropa Birliyinin göstəricilərindən aşağıdır".
Səlim Müslümov həmçinin qeyd edib ki, doğulan uşaqların sayında gender disbalansı mövcudur:
"Doğulan uşaqların sayında gender disbalansı mövcuddur. 2014-cü ildə Azərbaycanda doğulanların 53,6 %-ni oğlanlar, 46,4 %-ni isə qızlar təşkil edib"-deyə, nazir bildirib.
Ülviyyə R. Əli
www.oxu.az