2004-cü ildən bəri icra olunan mühüm dövlət proqramları 1 milyon 360 min, cari ilin ilk rübündə isə 30 minədək yeni iş yerinin açılmasına, ölkədə məşğulluq səviyyəsinin xeyli yüksəlməsinə, işsizliyin 4,9%-ə enməsinə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir bildirib ki, 15-29 yaş arasında şəxslər arasında işsizlik səviyyəsi bəzi İEÖ ölkələrinin göstəricilərindən də aşağıdır:
“15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,9%, 15-24 yaş arasında isə 13,5%-dir ki, bu da dünyanın digər ölkələrində, hətta bir sıra inkişaf etmiş dövlətlərindəki göstəricilərlə müqayisədə aşağıdır”.
“Təsadüfi deyil ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytında gənclərin səmərəli məşğulluğu sahəsində yetkin hüquqi bazaya və uğurlu iş təcrübəsinə malik 41 ölkə sırasına daxil edilib” - deyə, S.Müslümov əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az