Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 84 namizəd barədə müsbət qərar qəbul olunub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, ümumilikdə bu günə qədər xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 315 namizəd barədə müsbət qərar qəbul edilib.