Daxili işlər naziri Ramil Usubov Nəsimi rayon Polis Bölməsinin rəis müavini, polis mayoru Əlövsət İsmayılova ağır cəza verib
Oxu.Az xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, nazir İsmayılovun vəzifəsindən kənarlaşdırmaqla yanaşı, onun daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı əmr imzalayıb.
Məlumata görə, Ə.İsmayılov Nəsimi rayon Polis Bölməsinə təyin edilməmişdən əvvəl DİN-də daha yüksək vəzifə tuturmuş.
Lakin o, işində yol verdiyi nöqsanlara görə postundan uzaqlaşdırılıb və cəza olaraq rəis müavini təyin edilib.
E.Ə.
www.oxu.az