Azərbaycanda son üç ildə pensiya xərcləri 48 faiz, müavinət xərcləri 2,5 dəfə, təqaüd xərcləri 4,4 dəfə artıb.
Oxu.Az-ın məlumatına əsasən, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
O bildirib ki, dövlət sosial islahatlarını davam etdirəcək.
Sahil Babayevin sözlərinə görə, 2020-ci ildə məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 610 milyon manat vəsait ayrılıb. Bu vəsait 4,8 milyon nəfəri əhatə edib.
Nazir postmüharibə dövründə sosial dəstək layihələrinə də diqqət çəkib. O qeyd edib ki, 33 000 nəfərə 41 000 xidmət göstərilib.
Aqşin Kərimov