Göygöl rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda Respublika müşavirəsi keçirilib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər şəxsləri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və taxıl əkini aparılmış rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, həmçinin 41 rayondan taxılçılıqla məşğul olan 89 fermer iştirak edib.
Baku TV əməkdaşlarının hazırladığı sujeti təqdim edirik:
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin