Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Nazir idman zallarında baş verən neqativ hallar barədə DANIŞDI
“Məktəblərdə fəaliyyət göstərən idman zallarında baş verən neqativ halları bir qurumun üzərinə atmaq olmaz”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, məktəblərdə olan idman zallarının mahiyyəti peşəkar idmançı yetişdirmək deyil:
“Sadəcə olaraq uşaqların asudə vaxtlarını daha səmərəli keçirilməsi üçündür. Onların arasından çıxacaq peşəkar idmançıları federasiyalar yetişdirməlidir”.
Qeyd edək ki, aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İlhamə Əbülfət
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Emin Əmrullayev: "Kredit əsaslı və sturkturlaşmış doktorantura pilləsi hazırlanmalıdır"
- Ağdamdakı 1 nömrəli körpələr evi-uşaq bağçasından FOTOREPORTAJ
- Kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsi GÜNDƏMDƏ
- Təhsil Tələbə Krediti Fondunun İdarə Heyəti dəyişib - Yeni təyinatlar