Dövlət büdcəsindən 550 layihəyə 13 milyon 247 min manat vəsait ayrılıb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.
O bildirib ki, cəmiyyətdə belə bir fikir formalaşdırıblar ki, Azərbaycanda gənclərə 200 milyon pul xərclənir. Bu rəqəmi eşidəndə insanda emosiya yaranır:
“Dövlət tərəfindən gənclər siyasətinə 4 milyona yaxın vəsait ayrılıb. Bu da nazirliyin büdcəsinə köçürülüb. On il üçün bu vəsait 40 milyon manat edir. Bildiyiniz kimi “Azərbaycan Gəncliyi Dövlət Proqramı” imzalanıb. Hər il bu proqrama 20 milyon pul ayrılır. Proqram davam edir və həmin vəsaitdən istifadə olunmayıb. Gənclərin inkişafına istiqamətləndiriləcək”.
A.Rəhimovun sözlərinə görə, nazirlik tərəfindən 550 müxtəlif layihə maliyyələşdirilib. 13 milyon 247 min manat büdcədən nazirlik payçı kimi və tam şəkildə qeyri-hökumət gənclər təşkilatına pul köçürülüb. Birgə tədbirlər keçirilir. Demək olar ki, Azərbaycanın 5-7 faiz gənci müxtəlif sosial və qeyri-hökumət layihələrində iştirak edir.