Bakıda mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə atəşfəşanlıq olacaq.
Oxu.Az AzNews.Az-a istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətindən (BŞİH) verilən məlumata görə, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə mayın 10-da Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev Parkında Gül bayramı keçiriləcək.
Bakı sakinləri həmin bayrama dəvətlidirlər.
Bayram şənlikləri Heydər Əliyev Parkında və Heydər Əliyev Sarayının arxasındakı şəhər mərkəzi parkında saat 11:00-dan başlayacaq.
Bayram saat 21:00-da Milli Parkın ərazisində Saat qülləsinin yanında bayram konserti və möhtəşəm atəşfəşanlıqla davam edəcək. (Trend)