Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi
Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
"Qaynarinfo"nun verdiyi məlumata görə, bu vəzifəyə Mehman Veysəlov gətirilib.
Nazir Məcnun Məmmədov bu barədə müvafiq əmr imzalayıb.
Qeyd edək ki, M.Veysəlov bu vəzifədən əvvəl "Modern" şirkətlər qrupunun baş icraçı direktoru olub. Məcnun Məmmədov da Mehman Veysəlovun vaxtı ilə rəhbəri olduğu "Modern Group"da çalışıb.
Bildirək ki, 2011-ci ildə yaradılan "Modern" Şirkətlər Qrupuna "Az-Granata" MMC, "Modenis" MMC, "Modern Hospital", "Great Motors", "Mineral Sular" MMC, "Alyans Tekstil", "Agsu Aqropark" QSC şirkətləri daxildir.
Xatırladaq ki, "Aqroservis" ASC-nin İdarə Heyətinin əvvəlki sədri Elmin Rəhmanov bu ilin avqust ayının 5-də vəzifəsindən azad edilib.
"Məcnun Məmmədov" teqi üzrə xəbərlər
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Kənd təsərrüfatı naziri yeni stimullaşdırma tədbirlərinin anonsunu verdi
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ
- Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı