Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.
Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.
E.Ə.
www.oxu.az