"Məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu il işdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə vəzifəsinə bərpa olunub.
E.Əmrullayev məktəblərdə qeydə alınan neqativ hallara da toxunaraq vurğulayıb ki, bütün bu məsələlər araşdırılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
Aləmdə Nəsib