Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazir müavini açıqladı: Müəyyən şəxslər vaxtından əvvəl pensiya ala biləcək
Pensiya islahatları çərçivəsində müəyyən şəxslər pensiya yaşı tamam olmadan pensiya ala bilərlər.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün əmək pensiyası ilə təmin olunan 1 milyon 350 min nəfərdən 40 faizi əlilliyə və ailə başçısını itirdiyinə görə pensiya alırlar:
“Pensiya islahatları çərçivəsində müəyyən şəxslər vaxtından əvvəl pensiya ala bilərlər. Biz düşünürük ki, pensiya sahəsində bir neçə müstəvidə islahatlar aparıla bilər. Bəzi peşə sahələrində çalışan əhali təbəqəsinin fərqli şəkildə erkən yaşda pensiyaya çıxması üçün müəyyən təhlillər aparılmalıdır.
Bu məsələ barədə xarici ekspertlərlə ortaq məxrəcə gəldikdən sonra bu barədə məlumat veriləcək”, - deyə nazir müavini qeyd edib.
İlhamə Əbülfət
Rəylər