Təhsil Nazirliyi ölkədə davam edən karantin qaydaları ilə bağlı valideynlərə çağırış edib.
Oxu.Az-ın məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
Onun sözlərinə görə, övladlarını məktəbə gətirən valideynlər orada sıxlıq yaradır:
“Biz məktəb daxilində qaydaları təmin edirik. Xahiş edirəm ki, valideynlər məktəb qarşısında məsafə saxlasınlar”.
İlhamə Əbülfət