Siz mənə ilk növbədə izah edin ki, nurçuluq nədir? Sonra mən cavab verərəm.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov onu nurçuluqda ittiham edən məlumatları şərh edərkən bildirib.
“Kimin üzündə nur var – o, nurçudur? Qərargahları harda yerləşir? Onlar harda görüşürlər, onlar nə deyirlər və onların məqsədləri, tələbləri nədir? Həqiqətən də bilmirəm. Çox soruşmuşam, internetdə də axtarmışam, başa düşə bilmirəm nurçuluq nədir. Mən həqiqətən deyirəm sizə, mən bilmirəm nurçu nədir.
Gülnarə Zeynalova
www.oxu.az