Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumuna nazirlikdə yeni vəzifə verdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elvin Xanlar oğlu Mehdiyev təminat üzrə rəis müavini təyin olunub.
Polkovnik Elvin Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu, general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.
Xatırladaq ki, Elvin Mehdiyev keçən ayın sonunda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilmişdi.
Rəylər