Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin rəisi işdən çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Əmrə əsasən, idarənin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib.
İdarədən məlumatı Oxu.Az-a təsdiqləyiblər.
İlhamə Əbülfət
Rəylər