Bu dərs ilində tədris müddətinin artırılması ilə bağlı heç bir dəyişiklik olmayacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, dərs ilinin müddətinin növbəti tədris ilindən 2-3 həftə artırılması gözlənilir.
Bunun bir sıra səbəblərinin olduğunu deyən nazir qeyd edib ki, inkişaf etmiş bir çox ölkə ilə müqayisədə Azərbaycanda akademik il çox qısadır:
“Bu da şagirdlərə əlavə tədris yükü deməkdir. Ona görə də hesab edirik ki, növbəti tədris ilindən dərs ilinin uzadılması tədris prosesinin keyfiyyətinin artırılmasına yönələn addımlardan biridir”.