“Doqquzuncu sinif buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq edirik”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, əlavə tarixlərlə bağlı məlumat müvafiq zamanda təqdim ediləcək:
“Bu da mövcud şəraitdən asılı olacaq. Şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacaq”.
Nazir həmçinin qeyd edib ki, hər hansı çeviklik tələb olunsa, ali təhsil müəssisələri ilə bağlı təkliflər də hazırlanacaq.
İlhamə Əbülfət