Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazirdən əlilliyin təyin olunması ilə bağlı problemi olanlara MÜRACİƏT
"Bəzən vətəndaşlar qeyd edirlər ki, iki ildir əlillik təyinatı ala bilmirlər. Əgər belə problem varsa, müraciət etsinlər, araşdıraq, cavabını deyək".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, əlillik statusu əlillərə verilməlidir: "Amma saxta yolla əlillikdən gəlir mənbəyi kimi istifadəyə yol verilməməlidir və bu cəhdin qarşısı alınacaq".
Nazir, həmçinin Azərbaycanda bütün xəstəxanaların adekvat işləmədiyinə inanmadığını bildirib.
"Sahil Babayev" teqi üzrə xəbərlər
- Nazir müdiri işdən çıxardı
- Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST Mərkəzini ziyarət ediblər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Sahil Babayev: "Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb"