Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazirdən qərar – Artıq lisenziya tələb olunacaq
“Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qərar imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası (sədri Sahil Babayevdir) qərara alıb ki, “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əlavə edilsin.
Qərarla “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “Giriş” hissəsinin beşinci abzasında “xüsusi razılıq” sözləri “lisenziya” sözü ilə əvəz olunub.
Sənəddə təhsilə qoyulan tələblərdə “tamamlanmış təhsil” dedikdə magistratura, doktorantura, adyunktura və dissertanturada xüsusi elmi hazırlıq anlaşılır.
“Əlavə təhsil” dedikdə isə əlavə təhsil proqramları əsasında əlavə təhsil müəssisələrində (universitetlər, institutlar, mərkəzlər və s.), iхtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə, peşə hazırlığı kurslarında, bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə kadrların intellektual, peşə və ixtisas hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi başa düşülür.
Nazirliyin Kollegiyasının 2017-ci il 30 avqust tarixli 12 nömrəli qərarında isə lisenziya sözü yox idi.
Qərar dekabrın 6-dan qüvvəyə minib.
Aqşin Kərimov
"Sahil Babayev" teqi üzrə xəbərlər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Sahil Babayev: "Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb"
- Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib
- Sabiq xanım deputata vəzifə verildi
Rəylər