“Repetitor fəaliyyəti ilə bağlı qəbul edilən qərara əsasən, bu həftədən etibarən müəllimlərin işləməsinə icazə veriləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, bu iş də sanitar-gigiyenik təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməlidir:
“Bununla bağlı aidiyyəti qurumlar tərəfindən təqdimatlar hazırlanır. Yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.
İlhamə Əbülfət