Nazirlər Kabineti “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, “Yol hərəkəti haqqında” qanunda edilmiş dəyişikliklərin icrasının təmin etmək məqsədi ilə qaydalarda aşağıdakı dəyişiklik edilib:
“5.3. Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun layihələndirilir.”.