Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Nazirlik 20 nəfəri əvvəlki işinə bərpa edib
Bu ilin 8 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 783 min 530 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
Həmin məbləğin 95%-i (742 min 788 manat) gecikdirilmiş əmək haqlarından, qalan hissəsi isə işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Qeyd olunan ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlər əmək qanunvericiliyinin müvafiq tələbləri barədə məlumatlandırılıb, onlara aidiyyəti üzrə hüquqi izahatlar verilib.
Yanvar-avqustda vətəndaş müraciətlərinin araşdırılması zamanı 20 nəfər işçinin qeyri-qanuni şəkildə işdən azad edildiyi müəyyən edilib və həmin vətəndaşların yenidən əvvəlki iş yerlərinə bərpası təmin olunub.
U.A.
www.oxu.az
"Dövlət Əmək Müfəttişliyi Xidməti" teqi üzrə xəbərlər
- Bakıda əmək hüquqlarını pozan tikinti şirkəti cərimələndi
- İcra başçısı təyin olunan şəxsin əvvəlki vəzifəsini kim icra edir?
- Əməkdaşları iş saatından çox işlədənlər cərimələnə bilərlər - AÇIQLAMA
- Dövlət Əmək Müfəttişliyi Xidməti yoxlamalar apardı - 26 min manatdan çox vəsait işçilərə ödənildi
- Şagirdi döydüyü iddia edilən müəllim: "Vəziyyəti izah etmək üçün heç kəsi tapa bilmədim"