2014-cü ildə 367 nəfər əlilliyi olan şəxsin əmək bazarına çıxışı təmin olunub.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məlumat verilib.
Qeyd edək ki, həmin şəxslərdən 272 nəfəri ƏƏSMN-nin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) dərzi, toxucu, xalçaçı, aşpaz, kompüter istifadəçisi, bərbər və s. peşələr üzrə təlim keçiblər.
Xatırladaq ki, ötən il Dövlət Məşğulluq Xidməti (DMX) ümumilikdə 3786 nəfər vətəndaşı peşə hazırlığı kurslarına cəlb edib.