Azərbaycanda meşə və çöl ərazilərinin yanğınının 97 faizi insan faktoru ilə bağlıdır.
Oxu.Az xəbər verir ki, bunu mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi aran ərazilərdə yerləşir:
“Meşələrin çox hissəsinin dağlıq ərazilərdə yerləşməsi səbəbindən həmin ərazilərin öz-özünə yanması çətin məsələdir”.
Nazir müavini qeyd edib ki, Azərbaycan ərazisinin 12 faizi meşədir:
“Yəni ölkədə meşəlik ərazilər azdır. Bu səbəbdən də həmin meşələrə qayğı ilə yanaşmalıyıq”.
Firdovsi Əliyev qeyd edib ki, sonsuza qədər bu yanğınlarla mübarizə aparmaq mümkün deyil:
“Vətəndaşlarımız məsuliyyətli olmalıdırlar. Bu sərvətlər hər birimizindir”.
İlhamə Əbülfət
www.oxu.az