Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son bir ildə işəgötürənlər tərəfindən 527 574 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Göstərilən məbləğin 468 434 manatı (88,8%) əmək haqlarından, 33 932 manatı (6,4%) zərərə görə ödənişlərdən, 25 208 manatı (4,8%) isə sosial müavinətlər və kompensasiyalardan ibarət olub.
Xatırladaq ki, gecikdirilmiş sosial xarakterli ödənişlərin 81%-i sahibkarlıq subyektlərinə aid olub. Həmçinin bu ödənişlərin iqtisadiyyatın sahələri üzrə daha çox emal sənayesi (18.6%) və tikinti sektoruna (22.6%) aid müəssisələrdə gecikdirilməsi müəyyən olunub.
Nazirliyin məlumatına görə, hesabat dövründə qeyri-qanuni olaraq işdən azad edilmiş işçilərin hüquqlarının bərpası istiqamətində də müvafiq işlər aparılıb və əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 13 nəfər öz əvvəlki işlərinə bərpa edilib.