Azərbaycan Gənclər və İdman Nazirliyi gəncləri “İntellekt Günü” tədbirində iştirak etməyə dəvət edir. Tədbir Gənclər və İdman Nazirliyi və Gənclərin İntellektual İnkişafı Mərkəzinin təşkilatçılığı və “National Geographic Azerbaijan”, “Park Bulvar” və UNICEF-in tərəfdaşlığı ilə keçiriləcək.
Sentyabrın 13-ü saat 10:00-dan etibarən “Xəmsə” hər bir gənci “Park Bulvar”ın 1-ci mərtəbəsinin mərkəzində gözləyəcək.
Qeydiyyatdan keçməyə, komanda yığmağa ehtiyac yoxdur. Oyunlarda fərdi şəkildə iştirak etmək imkanı var. Sadəcə 13 sentyabr tarixində “Park Bulvar”a gəlib oynaya bilərsiniz.
“Xəmsə”nin tanınmış simaları oyunları aparacaq, bəzən iştirakçılarla da yarışacaqlar.
Təbii ki, hər bir iştirakçı kiçik də olsa, mütləq “Xəmsə”dən yadigar bir hədiyyə ilə mükafatlandırılacaq (trend.az).