2014-2017-ci illərdə Azərbaycan məktəblərində ikinci növbə ləğv oluna bilər.
Təhsil Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, Azərbaycanda məktəb tikintisinin sürətli inkişafı, təhsil infrastrukturunun getdikcə yenilənməsi buna əsas verə bilər.
“Lakin bir növbəliliyə keçid elə təşkil olunmalıdır ki, məktəbdə süni şagird sıxlığı yaranmasın” - deyə nazirlikdən bildirilib.
Məlumatda ikinci növbənin ləğvinin rus məktəblərinə də şamil olunacağı qeyd edilib.