Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Uşaq Bərpa Mərkəzində 2769 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 364 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq stasionar və ambulator qaydada bərpa-müalicə xidməti ilə təmin edilib.
Həmçinin 85 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın Latviya Respublikasında ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. Bununla da qeyd olunan dövrdə nazirlik tərəfindən ümumilikdə 3497 nəfər uşaq bərpa-müalicə xidmətinə cəlb edilib.
Xatırladaq ki, nazirliyin məlumatına görə, Bakı və Naxçıvan şəhərlərindəki uşaq bərpa mərkəzlərində müalicə xidməti göstərilən ümumilikdə 1226 nəfər uşaqdan 70 nəfərində (5,7 faiz) tam yaxşılaşma, digərlərində isə nisbi yaxşılaşma qeydə alınıb.