“Sumqayıt məişət tullantıları poliqonundakı yanğın vətəndaşların narazılığı ilə müşayiət olundu. Çünki ətraf mühitə kəskin iy-qoxu yayılır. Məsələyə dərhal reaksiya verildi və araşdırma aparılır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, “Sumqayıt Məişət Tullantıları” MMC-nin direktoru buna görə 4800 manat cərimə olunub:
“Yanğının fəsadlarının aradan qaldırılması və ərazinin bərpa olunması üçün göstəriş verilib. Bir sıra yaşayış məntəqələrində məişət tullantıları poliqonlarının olmaması ciddi fəsadlara səbəb olur. Məişət tullantılarının qalaqlanması və düzgün idarə olunmaması torpaq qatına ziyan vurur”.
O qeyd edib ki, Sumqayıt üçün də poliqonun tikilməsi aktualdır və gözlənilir.
İlhamə Əbülfət
Rəylər