Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazirlik rəsmisi: “Karantin qaydaları sərtləşdirilə bilər” - VİDEO
“Karantinin sərtləşdirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılıdır. Təbii ki, epidemik durum nəzərə alınaraq müvafiq qərar qəbul edilə bilər”.
Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
Novruz bayramı ilə əlaqədar bir neçə günlük ictimai nəqliyyatın fəaliyyət göstərməməsinə baxmayaraq, yoluxma sayında artım baş verdiyini qeyd edən nazirlik rəsmisi karantin qaydalarına əməl edilməsi ilə bağlı nəzarətin gücləndirilməsinin lazım olduğunu bildirib:
“Hamımıza bəllidir ki, ictimai nəqliyyat koronavirusun yayılmasında ən başlıca amillərdən biridir”.
N.Seyidov onu da qeyd edib ki, hazırkı vəziyyətdə regionların qorunmasına ehtiyac var. Onun sözlərinə görə, mütəxəssislər bu ilin sonunadək pandemiyanın azala biləcəyini proqnozlaşdırır.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?
Rəylər