“Mövsümi infeksion xəstəliklər daim mutasiyaya uğrayır. Bu səbəbdən mütəmadi olaraq vaksinlər hazırlanır”.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, viruslar ara-sıra dövran edir:
“Yoluxuculuq sürətli olsa da, ölüm sayı az olur. Onu da nəzərə almaq lazımdır ki, “Omikron” ştammından qorunmaq üçün qoruyucu tədbirlər eyni ilə koronavirusun digər simptomları ilə mübarizə çərçivəsində atılan addımlarla eynidir. Məhdudiyyətlər aradan qaldırıldığından infeksiyalar adi illərdə olduğu kimidir. Sadəcə koronavirusla birlikdə artımla nəzərə çarpır”.