Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nazirlik rəsmisindən 190 manat birdəfəlik ödənişlə bağlı AÇIQLAMA - VİDEO
2020-ci ilin 1 aprel tarixinə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə işsiz kimi qeydiyyata alınan şəxslər də birdəfəlik ödəmələr alacaqlar.
Oxu.Az xəbər verir ki, son günlər işsiz şəxslərin birdəfəlik ödəmə almaq üçün hansı şəkildə müraciət etmələrinə dair məlumatlar paylaşılır. Lakin buna baxmayaraq, bəzi vətəndaşlar qeydiyyatla bağlı çətinlik yaşadıqlarını deyirlər.
Məsələ ilə bağlı redaksiyamıza müraciət edən şəxslər bildirirlər ki, nə etibarlılıq müddəti bitən, nə də bitməyən şəxsiyyəti təsdiq edən sənədin nömrəsi sistem tərəfindən tanınmır.
Rəylər