Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov edənlərlə mübarizədə vətəndaşları kömək etməyə çağırır.
Trend-in məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev mətbuat konfransında deyib.
O qeyd edib ki, qanunsuz ova qarşı mübarizə tədbirləri davam etdirilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi hüquq mühafizə orqanları ilə birgə qanunsuz ovçuluğa qarşı mübarizə aparır. Bu kimi hallar olduğu təqdirdə insanlar dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat versə, daha səmərəli tədbirlər görülər. Vətəndaşlar da bu istiqamətdə öz köməkliyini göstərməlidir. Hətta, belə hallarla qarşılaşan vətəndaşlar da öz iradlarını bildirməlidirlər”.