Səhiyyə Nazirliyində idarə rəisi təyin edilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətinin direktoru vəzifəsinə Elşad İbrahim oğlu Hacıyev təyin edilib.
Faktı Oxu.Az-a Səhiyyə Nazirliyindən təsdiq ediblər.
Könül Cəfərli