Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nazirliyin “Qaynar xətt” ilə bağlı hesabatı açıqlandı
Cari ilin birinci rübü ərzində əlillik təyinatı və tibbi-sosial reabilitasiya məsələləri ilə bağlı vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Qaynar xətt”inə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 faiz azalaraq 115-ə enib.
Oxu.Az xəbər verir ki, ƏƏSMN-dən verilən məlumata görə, həmçinin məşğulluq məsələləri üzrə müraciətlərin sayı 50 faiz azalaraq 40-a, əmək hüquqlarının təminatı məsələləri üzrə müraciətlərin sayı 63,5 faiz azalaraq 42-ə düşüb. Bu dövrdə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə “Qaynar xətt”ə 1069 müraciət daxil olub ki, bu da ötən ilin ilk rübündə olduğundan 25 faiz azdır.
Nazirliyin 142 - “Qaynar xətt”inə daxil olan müraciətlərin ümumi sayında isə azalma 36,1 faiz təşkil edib. Müraciətlərin əksər qismi sorğu xarakteri daşıyıb və hər bir müraciət nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə obyektiv araşdırılaraq müvafiq tədbirlər görülüb.
Gülnarə Zeynalova
www.oxu.az
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)" teqi üzrə xəbərlər
- Əməkdaşları iş saatından çox işlədənlər cərimələnə bilərlər - AÇIQLAMA
- Məftunə İsmayılova: "Hazırda bir sığınacağın açılması istiqamətində işlər görülür"
- Sədaqət Qəhrəmanova: "Xəstəxanalara məişət zorakılığı ilə bağlı müraciət edənlər olur"
- 4-5 yaşlı uşaq boyunda olan 19 yaşlı gəncin problemi həll edildi: Müavinət ala biləcək
- Sabah ölkə üzrə bütün pensiyalar ikiaylıq artımla ödəniləcək