Azərbaycan İntellektual Oyunlar Federasiyasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə V Azərbaycan Çempionatı təşkil olundu. Azərbaycan intellektual oyunlar hərəkatının peşəkarlarından ibarət 34 komanda ölkə çempionu adı uğrunda mübarizə apardı.
Türyan Məmmədov və Əşrəf Paşabəylinin redaktorluğu ilə hazırlanan 60 sualdan ibarət olan çempionat gərgin mübarizə ilə yadda qaldı. Dörd turun yekununda “Avangard” komandası rəqibləri qabaqlayaraq Azərbaycan çempionu adını qazandı. “Vendetta” komandası ikinci, “Diplomat” komandası isə üçüncü yeri tutdu.
Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” üzrə V Azərbaycan Çempionatının keçirilməsi ilə ölkədə 2016-cı ildə intellektual oyunlar mövsümünə son qoyuldu. V Azərbaycan Çempionatı yubiley turniri olmaqla ölkədə anadilli intellektual oyunlar hərəkatının yaradılmasının 15 illiyi ilə eyni vaxtda qeyd olundu.
E.Ə.
www.oxu.az