Rusiyanın Energetika Nazirliyi ABŞ-da şist neft hasilatı həcminin tezliklə bərpasını proqnozlaşdırsa da, lakin 2014-2015-ci illlərdəki kimi izafi istehsalın olacağı gözlənilmir.
Oxu.Az xəbər verir ki, bu açıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak “Vedomosti” qəzetinə müsahibəsində verib.
“Düşünürəm ki, ABŞ-da hasilat müəyyən qədər bərpa olunacaq, amma 2014-2015-ci illərdəki kimi həddindən artıq həcmdə olmayacaq”, - Novak bildirib.
Bununla yanaşı, o həmçinin qeyd edib ki, əgər hasilatın effektivliyi hazırda olduğu kimi, ildə 15-20% artmaqda davam edərsə, ABŞ şist nefti bazarda öz payını artıraraq yerini möhkəmlədəcək.
“Unutmayaq ki, dünya neft istehlakı ildə orta hesabla 1,1-1,2 mln. barel/gün artır. Tələbdəki artımın bir hissəsi məhz şist neft hesabına təmin ediləcək”, - nazir əlavə edib.
N.O.
www.oxu.az