“Bu günə olan son məlumata görə, təhsil tələbə krediti ilə bağlı sistemə 5000 müraciət daxil olub”.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 1945 tələbənin kredit almaqla bağlı müraciətinə müsbət rəy verilib:
“1200 müraciət isə yaxın iki həftə ərzində rəsmiləşdiriləcək”.
O qeyd edib ki, 400-ə yaxın müraciət texniki baxımdan tamamlanmayıb.
Xatırladaq ki, təhsil tələbə kreditlərin verilməsi üçün müraciətlərin qəbulu 2021-ci ilin noyabrın 25-dən başlayıb.
İlhamə Əbülfət
FOTO: Rəşad Mehdiyev