Seneqallılar milli komandalarının Afrika Millətlər Kubokundakı qalibiyyətini böyük coşqu ilə qeyd ediblər.
Xüsusən ölkənin paytaxtı Dakarda insanlar səhər saatlarına qədər yatmayıb, atəşfəşanlıq təşkil ediblər.
Qeyd edək ki, Afrika Millətlər Kubokunun finalında Sadio Manenin lideri olduğu Seneqalla Məhəmməd Salahın kapitanı olduğu Misir millisi üz-üzə gəlib.
Kamerundakı bu görüşün əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.
Burada daha dəqiq olan (4:2) Seneqal millisi turnirin qalibi olub.
Bununla da yığma tarixində ilk dəfə Afrika Millətlər Kubokunu qazanıb.