Elman Nuriyev adlı vətəndaş beta-talassemiyanın ağır formasından əziyyət çəkən 9 yaşlı oğlu Hüseynlə əlaqədar Media.Az-ın redaksiyasına müraciət edib.
Son vaxtlar uşağın vəziyyəti o qədər pisləşib ki, həkimlər ona sümük iliyi transplantasiyası əməliyyatını həyata keçirməyi israr edirlər. Onlar qeyd edir ki, bu, irsi qan xəstəliyinin yeganə müalicə üsuludur.
Uşağın valideynləri Türkiyənin Antalya şəhərində yerləşən klinikaya müraciət ediblər, orada balaca Hüseyn üçün artıq donor da tapılıb.
Lakin ailə 98 min dollar qiyməti olan əməliyyat xərclərini qarşılamaqda çarəsiz qalıb.
Ailə üzvləri “Instaqram” səhifəsi açaraq balaca Hüseynin əməliyyat xərcləri ilə əlaqədar ictimaiyyətə müraciət edib.
Belə ki, xeyirxah insanların sayəsində tələb olunan məbləğin yarısına yaxınını yığmaq mümkün olub. Lakin tam məbləğ hələ yığılmadığından ailə Hüseynin həyatını xilas edən əməliyyatı təxirə salmağa məcbur olub. Uşağı xilas etmək üçün daha 80 min manat pula ehtiyac var.
Hüseynin orqanizmində qırmızı qan hüceyrələrinin sayını artırmaq və oksigen nəqlini bərpa etmək üçün ona hər həftə qan köçürülür.
“Altı ayından oğluma qan köçürülməyə başlanılıb. Yalnız bu prosedurlar sayəsində hələ ki, həyatda qala bilib. Ona donorluq edən bütün vətəndaşlarımıza xüsusi təşəkkürlərimi bildirirəm. Son zamanlarda xəstəlik gücləndikdən qan köçürülməsi daha tez-tez həyata keçirilməyə başlanılıb. Lakin Hüseynin orqanizmi buna pis reaksiya verir, həddindən artıq dəmir yüklənməsi baş verir. Həkimlər bu halın ürək və qaraciyər xəstəlikləri ilə nəticələnə biləcəyini deyir. Biz çarəsiz vəziyyətdəyik! Əməliyyatı gecikdirə bilmərik, amma bunun üçün maddi imkanımız yoxdur. Dəstək üçün yenidən xalqımızdan müraciət etmək məcburiyyətindəyik. Xahiş edirəm, oğlumuzun sağlamlığının bərpasına kömək edin”, - Hüseynin atası söyləyir.
Media.Az-ın redaksiyası insanları Nuriyevlər ailəsinin probleminə biganə qalmamağı və balaca Hüseynin xəstəliyinin müalicəsində onlara maddi dəstək olmağa çağırır.
Hüseynə yardım etmək istəyənlər onun atası Elman Nuriyevlə əlaqə yarada bilər.
Telefon nömrəsi: 070 562 18 16
View this post on Instagram"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə məşhur bölgədə qaya uçqunu: Ölənlərin sayı artıb - Foto/Video
- Türkiyəli deputatın işində yeni qısnama iddiaları: "Arxa otağa aparıb masaj etdirirdi"
- Salahla meydana çıxan uşağın həyatı təhlükədə: "Çirkinlər" biznesmen atadan bir milyon istədilər
- Cangüdəni ilə intim görüntüləri yayılan deputat YENİ Partiyadan çıxarıldı
- Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza qura bilər
Digər xəbərlər