Kamerun bayrağı altında üzən "Ninova" yük gəmisi Türkiyənin Karasu şəhəri yaxınlığında Mərmərə dənizində saya oturub.
Oxu.Az xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, gəminin göyərtəsində səkkiz dənizçi var. Sahil mühafizəsi xidməti heyət üzvlərinin təxliyəsi və gəminin sayadan çıxarılması üzrə əməliyyat keçirir.
Qeyd olunur ki, 83 metrlik gəmi Mərmərə dənizində baş verən pis hava şəraiti səbəbindən idarəetməni itirib. Kapitanın yardım siqnalına cavab olaraq fövqəladə hadisə yerinə sahil mühafizəsinin katerləri və yedəkçi gəmi göndərilib.
Hadisə zamanı zərər çəkənlərin olub-olmaması barədə məlumat verilməyib.
Daha əvvəl Türkiyənin şimal-qərbində, o cümlədən Mərmərə dənizi rayonunda aprelin 30-u axşamdan hava şəraitinin pisləşməsi barədə xəbərdarlıq edilib.