"Azərbaycanın Avronest Parlament Assambleyasından (Avronest PA) çıxması təklif olunur".
Oxu.Az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Elşən Musayev çıxış edib.
O bildirib ki, əlaqələr tam kəsilməlidir:
"Həm, Avronestdən çıxmalıyıq, həm də Avropa Parlamentindəki komissiyada fəaliyyətimizi dayandırmalıyıq. Bunların dəyərləri rəzil, məkrli, saxta dəyərlərdir və həmin dəyərlərlə Avropa Parlamenti çox uzağa gedə bilməyəcək".