Bakıda daha bir küçə təmirə bağlanıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Bakının iki böyük prospektini, Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq burda nəqliyyat vasitələrinin hərəkəti bu gündən məhdudlaşdırılıb.
Təmir işləri başa çatanadək sürücülərdən alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyə olunur.
E.Ə.
www.oxu.az