Abşeron rayonunda neft quyusunun ətrafında 10 kv.m sahədə neft məhsullarının qalıqları yanıb.
Oxu.Az-ın FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdan keçən qaz boru kəmərləri yanğından mühafizə olunub.
Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.