Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Neftçalada bir ailə ağır qəzaya düşdü: Çox sayda yaralı var
Neftçalada ağır yol-nəqliyyat hadisəsi zamanı altı nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Pirətəvan avtomobil yolunda qeydə alınıb.
Belə ki, "Mersedes-Benz" markalı iki avtomobil toqquşub, sonra onlardan biri digər minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində Neftçala rayon sakinləri; 1963-cü il təvəllüdlü Meyrənisə İdris qızı Qasımova, 2017-ci il təvəllüdlü Nuray Baloğlan qızı Qasımzadə, 1993-cü il təvəllüdlü Nisəxanım Mirtağı qızı Qasımova, 1988-ci il təvəllüdlü Baloğlan İbrahim oğlu Qasımov, 1972-ci il təvəllüdlü Emin Həbib oğlu Mehdiyev və 1973-cü il təvəllüdlü Lazım Əli oğlu Zeynalov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Xorvatiya yığmasının keçmiş futbolçusu avtomobil qəzasında ölüb
- Bakı-Quba yolunda ağır qəza: Sürücü hadisə yerində öldü
- Lökbatan yolunda qorxulu anlar: Avtobus sərnişinləri ölümdən döndülər
- Yol çökdü, avtomobil çuxura DÜŞDÜ
- Zaqatala-Bakı avtobusunun qəzası nəticəsində xəsarət alan şəxslər evə buraxılıblar