Neftçala rayonunun 11 kəndində qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Şorsulu "əhali" ölçü qovşağından qidalan diametri 315, 200, 160 mm-lik ortatəzyiqli yeraltı qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar, 26.05.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Neftçala rayonunun 11 kəndində - Xanməmmədli, Xolqarabucaq, Qaçaqkənd, Ramazanlı, Qazaxbərəsi, Qırmızıkənd, Dördlər, Mirsəqulu, Xoltəzəkənd, Xəzərkənd, Xolqaraqaşlı kəndlərində (ümumi 2576 abonent) "Xanməmmədli" QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.