Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (NN) və Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsi (BEGOC) birgə həyata keçirilən maarifləndirmə və məlumatlandırma kampaniyası çərçivəsində hazırlanan Bakı 2015 Avropa Oyunları Yol-Nəqliyyat Xəbərlərinin beşinci buraxılışını təqdim ediblər.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətə təqdim etdiyi videoçarxda Avropa Oyunlarının Məşəlin Bakıya Səyahəti ilə bağlı mərasimləri ilə əlaqədar həyata keçiriləcək yol nəqliyyat tədbirləri barədə ətraflı məlumat verilir.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Nəqliyyat Nazirliyi Bakı-2015 I Avropa Oyunları Əməliyyat Komitəsi ilə (BEGOC) birgə bir neçə sosial çarx da hazırlamışdılar.
E.Ə.
www.oxu.az